"Bu il beş “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək. əlbəttə, növbəti illərdə də yeni mərkəzlərimiz açılmalıdır. ən azından şuşa və Ağdam şəhərində, Kəlbəcər rayonunda yeni mərkəzlərimiz olmalıdır".
Azvision.az xəbər verir ki, bunu
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Ülvi Mehdiyev "ASAN Radio" 100 FM-də "QəbuldASAN" verilişində vətəndaşların suallarını cavablandırarkən deyib.
Agentlik sədri arzu edib ki, növbəti illərdə adıçəkilən şəhər və rayonlarımızda da “ASAN xidmət”i layihələndirək.
"Bundan əlavə, digər regionlarımızda da ola bilər. Bu il daha 5 mərkəzin istifadəyə verilməsi ilə “ASAN xidmət” mərkəzlərinin sayı 20-yə çatır. Bununla da, əksər regionları əhatə etmiş oluruq. Növbəti illərdə mütləq Qarabağda mərkəzlərimiz açılmalıdır. Bu, bizim arzumuz yox, həm də məqsədimizdir".
Azvision.az